Bank Of Baku

Maliyyə Nazirliyi: Xarici investorların Azərbaycan sığorta bazarına marağı artıb

Maliyyə Nazirliyi: Xarici investorların Azərbaycan sığorta bazarına marağı artıb
# 17 dekabr 2009 14:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda «Sığorta fəaliyyəti haqqında» yeni qanun qüvvəyə mindikdən sonra xarici investorların ölkəmizin sığorta bazarına marağı daha da artıb. «APA-Economics»in məlumatına görə, bunu Maliyyə Nazirliyi Dövlət Sığiorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib.

N.Xəlilovun sözlərinə görə, köhnə qanunun müvafiq maddəsinə əsasən, yerli şirkətdə xarici kapitalın iştirak payı 49%-dən artıq ola bilməzdi və bu şərt bir çox xarici investoru kapital yatırmaqdan yayındırıb. «Çünki iri şirkətlər investisiya yatıran zaman əsasən idarəetmə imkanlarını öz əlinə keçirmək istəyirlər. Köhnə qanun buna imkan verməyib», - deyə Xidmət rəisi bildirib.

Lakin yeni qanunda bu məhdudiyyət aradan qaldırıldıqdan sonra xarici investorların Azərbaycanın sığorta bazarına marağı artıb: «Düzdür, dünya maliyyə böhranı ilə bağlı bu məsələlər bir az ləngiyir. Amma indii potensial xarici investorlar yenə də öz maraqlarını təsqiləyir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR