Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı dövlət şirkətlərinə maliyyə yardımının göstərilməsini davam etdirə bilər

Azərbaycan Mərkəzi Bankı dövlət şirkətlərinə maliyyə yardımının göstərilməsini davam etdirə bilər
# 17 dekabr 2009 15:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən gələcəkdə xüsusi əhəmiyyətli layihələrin icrası üçün müvafiq dövlət qurumlarına maliyyə dəstəyi göstərilə bilər. «APA-Economics»in məlumatına bunu AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib.

A.Quliyevin sözlərinə görə, hazırda AMB tərəfindən maliyyə dəstəyinin göstərilməsi ilə bağlı konkret plan yoxdur: «İlk dəfə belə yardım Azərbaycan Dövlət Neft Şirkətinə (750 mln. dollar) göstərilib. Daha sonra isə sənayenin inkişafı üçün «Azəralüminium» ASC-yə (202 mln. dollar) kredit ayrılıb».

A.Quliyev bildirib ki, gələcəkdə analoji mexanizm əsasında digər qurumlara da yardımın göstərilməsi istisna olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR