Bank Of Baku

Azərbaycanda bank kreditlərinin ucuzlaşması gözlənilir

Azərbaycanda bank kreditlərinin ucuzlaşması gözlənilir
# 18 dekabr 2009 08:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının əhalidən cəlb etdiyi əmanətlər üzrə faiz dərəcələrinin (gəlirlik) azaldılması istiqamətində planları mövcudur. Artıq bir sıra bank bu istiqamətdə müvafiq addımlar atıb, bu isə öz növbəsində verilən kreditlərin faiz dərəcəsinə təsir göstərəcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib.

A.Quliyevin sözlərinə görə, hazırda banklarda kifayət qədər likvid resurslar cəmləşib və bank sisteminin həmin resursların yerləşdirilməsi ilə bağlı problemi yaranıb. Bank sistemində artıq resursların yaranması isə böhran şəraitində bankların ehtiyatlı kredit siyasəti həyata keçirməsi ilə bağlıdır.

«Dünya maliyyə böhranı ilə bağlı ölkədəki bankların xaricdən maliyyələşmə mənbələri tükənib. Bir sıra bankın əhalidən cəlb etdiyi depozitlərin faiz dərəcəsinə baxılması üzrə düşüncələri möcvuddur. Artıq bəzi banklar tərəfindən bu istiqamətdə müvafiq addımlar da atılıb, bu isə verilən kreditlərin faiz dərəcəsiə öz təsirini göstərəcək. Yəni, cəlb olunmuş vəsaitlər nə dərəcədə ucuz olarsa, onun yerləşdirilməsi, yəni kreditləşmə də bir o qədər ucuz olacaq», - deyə AMB rəsmisi bildirib.

Qeyd edək ki, hazırda banklar tərəfindən əmanətlər orta hesabla illik 12-14%-lə qəbul olunur, kreditlər isə 20-24% dərəcəsi ilə verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR