Bank Of Baku

«DəmirBank» son bir ildə aktivlərini 19% artırıb

«DəmirBank» son bir ildə aktivlərini 19% artırıb
# 18 dekabr 2009 11:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin dekabr ayının 1-nə 245,6 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesasbat dövründə bankın kredit portfelinin həcmi 8,6 artaraq 182,7 mln. manata, depozit portfeli isə 36,8% artaraq 80,1 mln. manata çatıb. Bu müddət ərzində əhalidən cəlb olunan əmanətlərin həcmi 66,2 mln. manat olub ki, bu da ötən ilin analioji dövrü ilə müqayisədə 59% çoxdur. Eyni zamanda, bankın məcmu kapitalı 45,7 mln. mamat, o cümlədən nizamnamə kapitalı 16,4 mln. manat təşkil edib.

Qeyd edək ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti («25%+1 səhm») daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR