Bank Of Baku

Dünya Bankı Azərbaycana yeni kredit ayırıb

Dünya Bankı Azərbaycana yeni kredit ayırıb
# 18 dekabr 2009 14:31 (UTC +04:00)
DB-nın Azərbaycandakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, sənədləri DB tərəfindən Bankın Azərbaycan üzrə meneceri Qreqori Yedjeyçak, Azərbaycandan isə müvafiq olaraq maliyyə naziri Samir Şərifov və nəqliyyat naziri Ziya Məmmədov imzalayıblar.

«Kreditin müddəti 23 il təşkil edir ki, bunun ilk 8 ili güzəştli müddətdir. Kredit Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (IBRD) vəsaitləri hesabına ayrılacaq. Kredit illik LİBOR+0,25% dərəcəsi ilə ayrılır», - deyə DB-nın Bakı ofisindən bildirilib.

Qeyd edək ki, kredit vəsaiti Bakı şəhərindən Gürcüstan sərhədinə qədər mövcud dəmir yolu xəttinin yenidən qurulması layihəsinin həyata keçirilməsinə sərf olunacaq. Layihənin ümumi dəyəri 1,1 mlrd. dollar təşkil edir ki, bunun 450 mln. dollarını DB ayırır. Hazırda Azərbaycan hökumətinin bu layihədəki iştirak payının müəyyənləşdirilməsi, əlavə investorların cəlb edilməsi kimi məsələlər müzakirə olunur.

Layihə çərçivəsində 503 km uzunluğunda dəmir yolu xəttinin yenidən qurulması, elektrik enerjisi təminatı sistemi və lokomotiv parkının müasir standartlar əsasında modernləşdirilməsi planlaşdırılır. Layihənin icra müddəti 5 ildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR