Bank Of Baku

ABŞ-da daha 400 bank bağlana bilər

ABŞ-da daha 400 bank bağlana bilər
# 19 dekabr 2009 11:16 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ-ın Əmanətlərin Sığortalanması üzrə Federal Agentlik (Federal Deposit Insurance Corp., FDIC) yeddi regional bankın bağlanmasına dair qərar qəbul edib. APA-nın məlumatına görə, bununla da 2009-cu ilin əvvəlindən ABŞ-da müflisləşən bankların sayı 140-a çatıb. Müqayisə üçün bildirək ki, Rusiyada əsas bank əməliyyatlarının aparılması üçün lisenziyadan 44 maliyyə təşkilatı məhrum edilib.

FDIC-in məlumatına görə, sonbağlanmış ABŞ banklarından 2-si («First Federal Bank of California» və «Imperial Capital Bank») Kaliforniyada, qalanı isə («Independent Bankers Bank», «New South Federal Savings Bank», «Citizens State Bank», «Peoples First Community Bank» i «RockBridge Commercial Bank») müxtəlif ştatlarda – müvafiq olaraq İllinoys, Alabama, Miçiqan, Florida i Corciyada yerləşir.

Bu bankların arasında ən irisi «First Federal Bank of California» olub və onun aktivlərinin həcmi 6,1 mlrd. dollar, əmanətləri 4,5 mlrd. dollar təşkil edir. Aktivlərin həcminə görə sonrakı yerləri «Imperial Capital Bank» (4 mlrd. dollar) tutur, yeddi bankın məcmu aktivləri isə 14,4 mlrd. dollara çatır.

Maraqlıdır ki, «Imperial Capital Bank» və «First Federal Bank of California» banklarının aktivlərinə artıq alıcılar tapılıb. Bu, müvafiq olaraq «City National Bank» və «OneWest Bank»dır. Bağlanmış bankların yerli şöbələri yaxın vaxtlarda yeni brend altında açılacaq.

Müşahidəçilərin fikrincə, bu bankların da bağlanması ölkədəki iqtisadi tənəzzüllə bağlıdır. Ekspertlər hesab edirlər ki, artıq yaxın vaxtlarda ABŞ-da 400-dək bank bağlana bilər. Bu göstərici üzrə rekord 1989-cu ildə - 534 maliyyə təşkilatı bağlandığı il qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR