Bank Of Baku

Bu gün Azərbaycan-BƏƏ hökumətlərarası komissiyasının iclası keçiriləcək

Bu gün Azərbaycan-BƏƏ hökumətlərarası komissiyasının iclası keçiriləcək
# 21 dekabr 2009 06:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Abu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri) Azərbaycan və BƏƏ hökumətləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın II iclası keçiriləcək.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iclasda Azərbaycanı komissiyanın həmsədri, iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinə Xarici İşlər, Maliyyə, Sənaye və Energetika, Nəqliyyat, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları, Səhiyyə, Mədəniyyət və Turizm nazirlikləri, Dövlət Gömrük Komitəsi, Mərkəzi Bank, «Azərbaycan Hava Yolları» QSC, Beynəlxalq Bankın nümayəndələri, həmçinin informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, maliyyə, bank, logistika, turizm, tikinti, sənaye, enerji və s. sahələrdə fəaliyyət göstərən 30-a yaxın şirkətin rəhbəri daxildir.

Səfər çərçivəsində həmçinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-BƏƏ biznes-forumu keçiriləcək.

BƏƏ-yə səfər zamanı Azərbaycan nümayəndə heyətinin bir sıra dövlət qurumları və özəl şirkətlərin nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri tərəfindən komissiyaya ölkənin iqtisadiyyat naziri Sultan bin Səid əl Mansuri sədrlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR