Bank Of Baku

Yanvarda «Unibank»ın səhmdarlarının növbədənkənar iclası keçiriləcək

Yanvarda «Unibank»ın səhmdarlarının növbədənkənar iclası keçiriləcək
# 21 dekabr 2009 06:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Növbəti ilin yanvar ayının 21-də «Unibank» Səhmdar Kommersiya Bankının (SKB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda bankın 2009-cu ilin fəaliyyətinin nəticələri, İdarə Heyəti və Audit Komitəsinin hesabatı, 2009-cu ildə əldə olunmuş mənfəətin bölüşdürülməsi və bankın nizamnamə kapitalının artırılması kimi məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «Unibank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 24 filialı, 62 bankomatı və 228 POS-termnalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR