Bank Of Baku

«Azər-Türk Bank» ilin əvvəlindən aktivlərini 14% artırıb

«Azər-Türk Bank» ilin əvvəlindən aktivlərini 14% artırıb
# 21 dekabr 2009 07:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azər-Türk Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin dekabr ayının 1-nə 52,316 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 14,26% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 9,15% artaraq 28,334 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 31,97% artaraq 11,386 mln. manata çatıb. Bu müdət ərzində bankın depozit portfeli 19,83% genişlənərək 36,853 mln. manat, o cümlədən əhalidən cəlb olunan əmanətlərin həcmi 32,45% artaraq 15,070 mln. manat təşkil edib. Bankın məcmu kapitalı 0,6% azalaraq 12,257 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10 mln. manat olub.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylıarında bankın əldə etdiyi mənfəətin həcmi 1,968 mln. manat təşkil edib.

Xatırladaq ki, «Azər-Türk Bank» SKB 1995-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda Türkiyənin «Ziraat Bankası» (46%), «Ziraat Bank İnternational AG» (4%) və Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı (46%), «Turan Bank» ASC (4%) çıxış edir. Hazırda bankın respublika üzrə 3 filialı, 4 bankomatı və 20 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR