Bank Of Baku

«Unibank» yeni regional filial açmağa hazırlaşır

«Unibank» yeni regional filial açmağa hazırlaşır
# 21 dekabr 2009 08:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Unibank» Səhmdar Kommersiya Bankı (SKB) 2010-cu ilin yanvar ayında yeni regional filalını istifadəyə verəcək. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib.

F.Hüseynovun sözlərinə görə, artıq filialın təsis sənədlərinin hazılanması istiqamətində bankın işçi qrupu tərəfindən müvafiq işlər görülür. Yaxın günlərdə həmin sənədlərin Azərbaycan Mərkəzi Bankına təqdim edilməsi gözlənilir. Yeni filialın Lənkəran rayonunda açılması planlaşdırılır.

F.Hüseynov bildirib ki, bunula da bankın respublika üzrə filiallarının ümumi sayı 25-ə, o cümlədən regional filialların sayı 8-ə çatacaq. Lənkəran filialı vasitəsi ilə cənub bölgəsinin sakinləri bütün bank xidmətləri, o cümlədən sürətli pul köçürmələri, cari hesabların açılması, kredit-depozit əməliyyaltları və digər bank xidmətlərindən yararlana biləcəklər.

Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «Unibank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 24 filialı, 62 bankomatı və 228 POS-termnalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR