Bank Of Baku

«NBCBank» beynəlxalq ödəniş sisteminə qoşulub

«NBCBank» beynəlxalq ödəniş sisteminə qoşulub
# 21 dekabr 2009 12:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBCBank» Açıq Səhmdar Cəmiyyəti (ASC) «Visa International» beynəlxalq ödəniş sisteminə qoşulub.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq bank müştərilər üçün sistemin «VISA Electron», «VISA Classic», «VISA Business», «VISA Gold», «VISA Platinum» plastik kartlarını təqdim edir.

Qeyd edək ki, «VISA» kartları üzrə ödənişləri dünyanın 150 ölkəsində həyata keçirmək mümkündür. Bu kartlar vasitəsilə hazırda bütün dünya üzrə 24 saat ərzində 30 mln-dan artıq ticarət və xidmət məntəqəsində alış-veriş etmək, xidmətlərdən faydalanmaq, həmçinin nağd vəsait əldə etmək mümkündür.

Xatırladaq ki, «NBCBank» ASC 1992-ci ilin dekabrından «Ruzi» Komersiya Bankı adı ilə fəaliyyətə başlayıb. Bu ilin dekabr ayının 1-nə bankın aktivlərinin həcmi 49,132 mln. manat, kredit portfeli 42,030 mln. manat, depozit portfeli 28,350 mln. manat, məcmu kapitalı 18,415 mln. manat, o cümlədən nizamnamə kapitalı 15,598 mln. manat təşkil edib. Hazırda «NBCBank»ın yeddi filialı mövcuddur ki, bunların ikisi regionda (Sumqayıt və Gəncə) yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR