Bank Of Baku

«Ansar Leasing» ilin sonunadək portfelini 60% artıracaq

«Ansar Leasing» ilin sonunadək portfelini 60% artıracaq
# 22 dekabr 2009 07:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda İslam İnkişaf Korporasiyasının (ICD) təsisçiliyi ilə yaradılan «Ansar Leasing» şirkəti 2009-cu ilin sonunadək lizinq porftelinin həcmini 60% artıraraq 800 min manata çatdırmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin baş meneceri Ceyhun Nağıyev bildirib.

C.Nağıyevin sözlərinə görə, hazırda şirkətin lizinq portfeli 500 min manat təşkil edir ki, bunun da əsas hissəsi nəqliyyat və xidmət sahələrini əhatə edir: «Şirkətə kənd təsərrüfatı və xidmət sektorlarının maliyyələşdirilməsi üçün 700 min manatlıq layihə təqdim olunub və hazırda həmin layihənin detalları araşdırılır».

Qeyd edək ki, ICD tərəfindən yaradılmış «Ansar Leasing» şirkəti 2008-ci ilin dekabr ayının 12-də dövlət qeydiyyatından keçib və şirkətin nizamnamə kapitalı 5 mln. manat təşkil edir. Şirkət əsasən maliyyə lizinqi xidmətlərinin göstərilməsi ilə məşğul olur və fəaliyyəti şəriət qaydalarına əsaslanır.

Şirkətin maliyyələşdirmə şərtlərinə əsasən, lizinqin alınması üçün ilkin ödəniş 20% olmalıdır, maliyyələşdirmə müddəti isə 12-72 aydır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR