Bank Of Baku

«Unibank»da hüqiqi şəxslərin əmanətləri ilin əvvəlindən 20% azalıb

«Unibank»da hüqiqi şəxslərin əmanətləri ilin əvvəlindən 20% azalıb
# 22 dekabr 2009 08:53 (UTC +04:00)
Bakı. Elnur Hüseyquluyev – APA-Economics. Azərbaycanın «Unibank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin dekabr ayının 1-nə 341,746 mln. manat təşkil edib ki, bu da ötən cari ilin əvvəli ilə müqayisədə 18,2% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfelinin həcmi 26,5% azalaraq 234,757 mln. manat, depozit portfeli 8,8% azalaraq 112,814 mln. manat, o cümlədən fiziki şəxslər üzrə əmanətlər 3,1%, hüqiqi şəxslər üzrə əmanətlər isə 19,5% azalaraq 34,341 mln. manat olub.

Bu müddət ərzində bankın məcmu kapitalı 12,8% artaraq 72,274 mln. manata çatıb.

Qeyd edək ki, 2009-cu ilin yanvar-noyabr aylarında bankın gəlirləri 48,748 mln. manat, xərcləri isə 45,463 mln. manat olub. Nəticədə, bankın mənfəəti 3,285 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «Unibank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 24 filialı, 62 bankomatı və 228 POS-termnalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR