Bank Of Baku

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi azalıb

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi azalıb
# 22 dekabr 2009 09:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2009-cu ilin yanvar-noyabr ayları üzrə 1,41 bənd təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici yanvar-oktyabr ayları ilə müqayisədə 0,01 bənd azalıb.

Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi hesablanır. Beləliklə, yanvar-noyabr ayları üzrə indeks əhalinin gəlirlərinin iki ən əsas xərclər istiqamətlərini 41% üstələdiyini əks etdirir.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr ayrlarının yekünlarına görə, alıcılıq qabiliyyəti indeksi 1,43 bənd, yanvar-avqust üzrə 1,54 bənd, yanvar-iyul üzrə 1,48 bənd, yanvar-iyun üzrə 1,46 bənd, yanvar-may üzrə 1,43 bənd, yanvar-aprel üzrə 1,41 bənd olub.

Göründüyü kimi, son aylar əhalinin alıcılıq qabiliyyətinin tədricən artması müşahidə olunub, lakin sentyabr-noyabr aylarında gəlirlərin xərcləri üstələmə göstəricisinin müəyyən dərəcədə azalması baş verir. Buna baxmayaraq, vurğulamaq lazımdır ki, Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi il ərzində təxminən eyni səviyyədə olub və bu səviyyə əhalinin ilkin tələbat və xidmətlər ödənildikdən sonra sərəncamında təxminən gəlirlərinin 30%-nin qaldığını göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR