Bank Of Baku

«AIG Caspian İnsurance» şirkətinin təsisçilərindən biri ləğv edilir

«AIG Caspian İnsurance» şirkətinin təsisçilərindən biri ləğv edilir
# 22 dekabr 2009 09:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. ABŞ-ın iri maliyyə qurumlarından olan «American İnternational Group» şirkəti «AIG Caspian İnsurance» Azərbaycan-ABŞ sığorta şirkətinin nizamnamə kapitalında iştirak payını 100%-ə çatdıracaq. Bunu «APA-Economics»ə açıqlamasında «AIG Caspian İnsurance» şirkətinin maliyyə direktoru Elmar İslam bildirib.

E.İslamın sözlərinə görə, hazırda şirkətin təsisçiləri rolunda çıxış edən xarici kapitalı yerli hüquqi şəxs olan «Caravan İnvestment» şirkətinin ləğv edilməsi istiqamətində iş aparılır və bu proses ilin sonunadək davam edəcək. Eyni zamnanda, ABŞ tərəfdaşının payının 100%-ə çatdırılması istiqamətində son sənədləşmə işləri davam etdirilir.

Qeyd edək ki, «AIG Caspian İnsurance»ın nizamnamə kapitalında «Caravan İnvestment»in payı 51%, «AIG»nin payı isə 49% təşkil edir. Yeni qəbul olunmuş «Sığorta fəaliyyəti haqqında» qanuna əsasən, xarici hüquqi şəxsin törəmə cəmiyyəti olan yerli hüquqi şəxs sığortaçının təsisçisi və ya səhmdarı rolunda çıxış edə bilməz.

«AIG Caspian İnsurance» sığorta şirkəti Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Cari ilin yanvar-sentyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 1,41 mln. manat, sığorta ödənişləri isə 0,55 mln. manat təşkil edib. Bu ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 3,5 mln. manat olub. Hazırda şirkət 7 könülü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR