Bank Of Baku

Azərbaycanda xarici ticarətlə məşğul olan sahibkarlar statistik kodu Dövlət Gömrük Komitəsinin veb-saytından alacaqlar

Azərbaycanda xarici ticarətlə məşğul olan sahibkarlar statistik kodu Dövlət Gömrük Komitəsinin veb-saytından alacaqlar
# 22 dekabr 2009 09:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Gələn il yanvarın 1-dən Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən xarici ticarətlə məşğul olan şəxslərə statistik kod komitənin veb-saytı vasitəsi ilə veriləcək. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Komitədən bildirilib ki, ticarətin asanlaşdırılması və sahibkarlıq fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə hər bir xarici iqtisadi fəaliyyət iştirakçısı gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan statistik kodu 1 yanvar 2010-cu il tarixdən etibarən yalnız DGK-nın rəsmi internet səhifəsindən (www.dgk.gov.az) ala bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR