Bank Of Baku

«AtaLeasing» bu il lizinq portfelini 14% artıracaq

«AtaLeasing» bu il lizinq portfelini 14% artıracaq
# 22 dekabr 2009 10:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AtaLeasing» şirkəti 2009-cu ilin sonuna kimi lizinq portfelinin həcmini 4 mln. manata çatdırmağı proqnozlaşdırır ki, bu da cari ilin əvvəli müqayisədə 14% çoxdur.

Şirkətin İdarə Heyətinin sədr müavini Cavid Abbasovun «APA-Economics»ə verdiyi məlumata görə, proqnoza əsasən, şirkətin lizinq portfelinin əsas hissəsi inşaat və nəqliiyat sektorlarının payına düşəcək.

C.Abbasovun sözlərinə görə, 2010-cu il ərzində şirkət nizamnamə kapiatlını da artırmaq niyyətindədir. Bununla bağlı yaxın günlərdə şirkətin səhmdarlarının ümumi iclası keçiriləcək. İclasda nizamnamə kapitalının artırılması ilə yanaşı digər cari məsələlərin də müzakirəsi nəzərdə tutulub.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin dekabr ayının 1-nə bankın nizamnamə kapitalı isə 1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR