Bank Of Baku

Azərbaycanda IPI indeksinin artımı davam edir

Azərbaycanda IPI indeksinin artımı davam edir
# 22 dekabr 2009 11:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalı indeksi (industrial production index – IPI) 2009-cu ilin noyabr ayında 107% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks cari ilin oktyabr ayında 103,1%-ə, sentyabr ayında isə 90,5%-ə bərabər olub.

IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsulunun dəyər ifadəsinin əvvəlki ayın eyni göstəricisinə faizlə nisbəti kimi hesablanır. Belə ki, noyabr ayında istehsal edilmiş məhsulun dəyəri 2 179,6 mln. manat, oktyabrda isə 2 036,8 mln. manat təşkil edib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ilin yanvar-noyabr aylarında ölkə sənayesində 17 841,3 mln. manat həcmində və ya ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 8,2% çox sənaye məhsulu istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR