Bank Of Baku

Milli Məclisin komitə sədri: “Azərbaycan 2009-cu ili təxminən 20 milyard dollar valyuta ehtiyatı ilə başa vuracaq”

Milli Məclisin komitə sədri: “Azərbaycan 2009-cu ili təxminən 20 milyard dollar valyuta ehtiyatı ilə başa vuracaq”
# 22 dekabr 2009 12:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan 2009-cu ili təxminən 20 milyard dollara yaxın valyuta ehtiyatı ilə başa vuracaq. APA-nın məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib. O deyib ki, bu ili Azərbaycan dövləti və iqtisadiyyatı üçün sınaq ili hesab etmək olar: “İl ərzində dünyada qlobal maliyyə böhranı baş verdi. Minlərlə müəssisə bağlandı, banklar müflisləşdi. Belə bir şəraitdə Azərbaycan özünün düzgün inkişaf strategiyası ilə bir daha sübut etdi ki, maliyyə böhranına ən az məruz qalan ölkələrdən biridir”.

Z. Səmədzadənin sözlərinə görə, ölkə 2009-cu ili inflyasiyanın aşağı olması ilə başa vuracaq: “11 ayın hesablamalarına görə, inflyasiya 1,5 faizdir, əhalinin pul gəlirləri isə artıb. Gələn il də strateji proqramların həyata keçirilməsi istiqamətində görülən işlər davam edəcək. Artıq gələn ilin dövlət büdcəsi təsdiqlənib. Bütün sahələr üzrə əhalinin sosial müdafiəsi ilə bağlı tədbirlər davam etdiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR