Bank Of Baku

Azərbaycan parlamenti yaxın günlərdə qeyri-bank kredit təşkilatları haqqında qanun layihəsini müzakirəyə çıxaracaq

Azərbaycan parlamenti yaxın günlərdə qeyri-bank kredit təşkilatları haqqında qanun layihəsini müzakirəyə çıxaracaq
# 22 dekabr 2009 12:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. «Bank olmayan kredit təşkilatları haqqında» qanun layihəsi yaxın günlərdə Azərbaycan parlamentində müzakirəyə çıxarılacaq. APA-nın məlumatına görə, bunu Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Z.Səmədzadənin sözlərinə görə, bu qanun layihəsinin müzakirəsi Milli Məclisin gündəliyində nəzərdə tutulmamışdı. Qanun layihəsi ölkə prezidentinin təşəbbüsü ilə gündəlikdən kənar parlamentə daxil olub.

Komitə sədri bildirib ki, hazırda iqtisadi siyasət komitəsində «Qiyməti kağızlar bazarı haqqında», həmçinin bank sektorunda fəallığın artırılması ilə bağlı qanun layihələri müzakirə olunur.

Z.Səmədzadənin sözlərinə görə, gələn il Milli Məclis Rəqabət Məcəlləsini də qəbul edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR