Bank Of Baku

Latviyanın keçmiş baş nazirinin əmlakına həbs qoyulub

Latviyanın keçmiş baş nazirinin əmlakına həbs qoyulub
# 22 dekabr 2009 14:34 (UTC +04:00)
Bakı – APA-Economics. Latviyanın keçmiş baş naziri Valdis Birkavsın əmlakı üzərinə həbs qoyulub.

APA-Economics”in beynəlxalq xəbər agentliklərinə istinadən məlumatına görə, buna səbəb sabiq baş nazirin çoxmilyonluq borclarıdır. Belə ki, V.Birkavs dövlət bankından 2,24 mln. lat (5 mln. dollar) kredit götürüb və dörd torpaq sahəsi alıb. Ancaq torpağın qiyməti ucuzlaşdığından, keçmiş baş nazir onları yalnız 160 min lata (345 min dollar) sata bilib.

Bankdan götürülən krediti bir müddət torpağın əvvəlki sahibi olan firma ödəyib. Az sonra həmin firma müflis olduğundan, ödəmələr dayanıb.

V.Birkavsın üzərinə həbs qoyulan əmlakına bank hesabları, daşınmaz əmlak və nəhəng şirkətlərin səhm paketləri daxildir.

Qeyd edək ki, V.Birkavs Latviya hökumətinə 1993-1994-cü illərdə başçılıq edib. 1994-1999-cu illərdə isə o, ölkənin xarici işlər naziri postunu tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR