Bank Of Baku

2009-cu ildə Gürcüstanda iqtisadi geriləmə 4% təşkil edəcək

2009-cu ildə Gürcüstanda iqtisadi geriləmə 4% təşkil edəcək
# 22 dekabr 2009 15:09 (UTC +04:00)
Tiflis. Nino Jvaniya – APA. 2009-cu ildə Gürcüstanda iqtisadi geriləmə 4% təşkil edəcək. APA-nın məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Nika Gilauri hökumətin bugünkü iclasında bildirib.

Onun sözlərinə görə, Statistika Departamenti bu ilin ilk üç rübünün yekunlarını hesablamağı başa çatdırıb: “Bu ilin əvvəlindəki vəziyyəti xatırlasaq, bu, o qədər də pis göstərici deyil”.

Baş nazir qeyd edib ki, bu ilin I rübündə iqtisadi geriləmə 5,9%, II rübündə 10%, III rübündə 1,3% təşkil edib.

N.Gilauri deyib ki, Gürcüstan hökuməti IV rübdən müsbət iqtisadi artım göstəricisi gözləyir: “Yəqin ki, bu artım 2-3% təşkil edəcək”. Hökumət başçısı ümid etdiyini bildirib ki, Yeni il daha pozitiv və müsbət olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR