Bank Of Baku

Azərbaycanda sığortaçılar üçün keçirilən növbəti imtahanın nəticələri açıqlanıb

Azərbaycanda sığortaçılar üçün keçirilən növbəti imtahanın nəticələri açıqlanıb
# 23 dekabr 2009 09:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi sığortaçıların rəhbər işçi vəzifələrinə namizədlər üçün keçirdiyi test imtahanının nəticələrini açıqlayıb.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, imtahanda iştirak etmiş 10 nəfər rəhbər vəzifəyə namizəd olan şəxslərdən 100 test sualının ən azı 70-nə düzgün cavab vermiş 7 iştirakçı, sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən 24 nəfər fiziki şəxsdən isə 16 nəfəri attestasiyadan müvəffəqiyyətlə keçib.

Qeyd edək ki, imtahanlar «Sığorta fəaliyyəti haqqında» qanunun müvafiq maddəsinə və Maliyyə Nazirliyinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi» qaydalarına uyğun keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR