(mln. manat)
Azərbaycan Respublikasının Vergilər Nazirliyi üzrə | 3 980,0 |
Neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi üzrə | 330,0 |
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xətti ilə konsolidə edilmiş vergilər üzrə | 1 200,0 |
Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (saziş) qiyməti (makroiqtisadi göstəricilərin hesablanması üçün nəzərdə tutulan qiymət) ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasında fərqdən yığımlar üzrə | 157,0 |
Qeyri-neft sahələrindən vergi və vergi olmayan daxilolmalar üzrə | 2 450,0 |
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə | 1 100,0 |
Qeyd edək ki, «Azərbaycan Respublikasının 2010-cu ildə dövlət büdcəsi haqqında» qanuna əsasən, dövlət büdcəsinin gəlirləri 10 015 mln. manat, xərcləri isə 11 264 mln. manat, büdcə kəsiri isə 1 249 mln. manat həcmində nəzərdə tutulub.
Qanuna əsasən, büdcə gəlirlərinin əsas mənbələri sırasında Dövlət Neft Fondundan daxilolmalar (4 915 mln. manat), əlavə dəyər vergisi üzrə daxilolmalar (1 876 mln. manat), hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmalar (1 096 mln. manat), fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar (680 mln. manat), aksiz üzrə daxilolmalar (552 mln. manat) var.
Büdcə xərclərinin əsas istiqamətləri sırasında isə birinci yeri dövlət əsaslı vəsait qoyuluşları tutur. Belə ki, həmin təsnifatın payına 3 549 mln. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur. Bundan başqa, 2010-cu ilin dövlət büdcəsi 1 276,8 mln. manat həcmində təhsil xərcləri, 1 205,8 mln. manat həcmində müdafiə xərcləri, 1 192,3 mln. manat həcmində sosial müdafiə və sosial təminatı xərcləri, 1 042,3 mln. manat həcmində ümumi dövlət xidmətləri xərcləri, 707,4 mln. manat həcmində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri, 479,4 mln. manat həcmində səhiyyə xərcləri nəzərdə tutur.
Büdcə kəsirinin özəlləşdirmədən, daxili və xarici borcalmadan, o cümlədən, xaricdə qiymətli kağızların yerləşdirilməsindən, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxiolmalar və 2010-cu ilin yanvarın 1-nə olan dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına maliyyəşdirilməsi nəzərdə tutulur.
Dövlət büdcəsinin tətbiqi ilə bağlı prezident fərmanı 2010-cu ilin yanvarın 1-dən qüvvəyə minir.