Fondun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Gəlirlərin mənbələri | Məbləğ (AZN) |
Məcburi dövlət sosial sığorta haqları, cəmi | 1 221011 400 |
büdcədən maliyyələşən təşkilatlar üzrə | 438 250 000 |
büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə | 59 761 400 |
dövlət büdcəsindən ayrılan subsidiya hesabına və büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri üzrə daxilolmalar | 27 000 000 |
digər sığortaedənlər | 696 000 000 |
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə | 29 500 000 |
sair gəlirlər, cəmi | 2 500 000 |
sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmalar | 1 500 000 |
Dövlət büdcəsindən ayırmalar (transfert) | 533 704 800 |
Eyni zamanda Fondun 2010-cu il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
Xərclərin istiqamətləri | Məbləğ (AZN) |
Əhaliyə ödənişlər, cəmi | 1 688 270 000 |
əmək pensiyalarının ödənilməsinə, cəmi | 1 633 900 000 |
əmək pensiyalarının baza hissəsinə | 1 138 900 000 |
əmək pensiyalarının sığorta hissəsinə | 495 000 000 |
məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə, cəmi | 54 370 000 |
əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə | 19 200 000 |
hamiləliyə və doğuşa görə | 18 770 000 |
uşağın anadan olmasına görə | 2 000 000 |
3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar | 4 500 000 |
dəfn üçün | 9 900 000 |
Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri | 19 000 000 |
Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər, cəmi | 12 819 000 |
sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların (putyovkaların) alınmasına | 10 280 000 |
sığortaolunanların uşaqlarının sağlamlıq düşərgələrində istirahətinin təşkilinə | 124 000 |
sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibb xidməti və ştatların saxlanılmasına | 107 000 |
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının idman cəmiyyətlərinə məxsus idman qurğularının qismən saxlanılmasına (işçilərin əməkhaqqının ödənilməsi) | 1 508 000 |
Həmkarlar İttifaqlarının texniki və əməyin hüquqi müfəttişliyinin, etimadlı həkimlərin, sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların saxlanılmasına | 800 000 |
Məşğulluq tədbirlərinin həyata keçirilməsi, məşğulluq orqanlarının saxlanılması xərcləri, cəmi | 10 663 000 |
işsizlik müavinətinin ödənilməsinə | 4 254 000 |
peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarının təşkilinə | 1 054 000 |
haqqı ödənilən ictimai işlərin təşkilinə | 211 000 |
işsizlər üçün yeni məsləhət xidmətlərinin, əmək birjalarının yaradılması işlərinin həyata keçirilməsi, əmək yarmarkalarının keçirilməsinə | 390 000 |
məşğulluq orqanlarının saxlanılmasına | 4 754 000 |
Miqrasiya idarəsinin saxlanılmasına | 115 600 |
Əlillərin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi və əlillərin sosial müdafiəsi orqanlarının saxlanılması xərcləri, cəmi | 3 718 000 |
əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpasına | 603 000 |
əlillik problemi ilə bağlı informasiya təminatının, əlillərin yaradıcılıq və asudə vaxtlarının, idman və bədən tərbiyəsi üzrə tədbirlərin təşkilinə | 715 000 |
əlillərə maddi və texniki yardımın təşkilinə | 700 000 |
əlillərin sosial müdafiəsi orqanlarının saxlanılmasına | 1 700 000 |
Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri | 19 000 000 |
Beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri, cəmi | 40 000 |
Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri | 14 000 |
MDB dövlətlərinin Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri | 26 000 |
Sığortaolunanların fərdi uçot sisteminin tətbiqi ilə bağlı xərclər | 400 000 |
“2009 – 2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclər | 1 430 000 |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 dekabr tarixli 449s nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında Maliyyələşdirmə Sazişi (“Sosial Müdafiənin İnkişafı Layihəsi”)” üzrə xərclərin maliyyələşdirilməsi | 1 620 000 |
Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında imzalanmış “Milli sosial müdafiə sisteminin inkişafı və milli məşğulluq strategiyası üzrə nəzərdə tutulmuş fəaliyyətlərinin həyata keçirilməsi layihəsi üzrə Qrant Sazişi”nin icrası (mərhələ 3) üzrə BMT-nin İnkişaf Proqramına | 140 600 |
Qeyd edək ki, bu qanun 2010-cu il yanvarın 1-dən qüvvəyə minir.