Bank Of Baku

Beynəlxalq Valyuta Fondu Ukraynaya kreditin növbəti tranşını ayırmaqdan imtina edib, Belarusa isə müsbət cavab verib

Beynəlxalq Valyuta Fondu Ukraynaya kreditin növbəti tranşını ayırmaqdan imtina edib, Belarusa isə müsbət cavab verib
# 23 dekabr 2009 14:28 (UTC +04:00)
Bakı – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya verdiyi kreditin dördüncü tranşını ayırmaqdan imtina edib.

APA-Economics”in məlumatına görə, bu barədə Ukraynanın maliyyə naziri əvəzi İqor Umanski açıqlama verib.

BVF 2010-cu ilin yanvarında keçiriləcək prezident seçkilərinə qədər Ukraynaya kreditin növbəti tranşını ayırmayacaq.

Qeyd edək ki, 2008-ci ildə BVF Ukraynaya 16,5 mlrd. dollar həcmində stabilləşdirici kredit ayırıb. Kreditin 4,5, 2,8 və 3,3 mlrd. dollarlıq üç tranşı artıq Kiyevə təqdim olunub. Amma 3,5-3,8 mlrd. dollarlıq dördüncü tranş Ukrayna prezidenti Viktor Yuşşenko ilə baş nazir Yuliya Timoşenko arasındakı fikir ayrılıqları səbəbindən gecikir. Prezident hesab edir ki, BVF-nin kreditləri Ukrayna iqtisadiyyatı üçün zərərlidir və ölkəni borc uçurumuna yuvarladır.

Ukraynadan fərqli olaraq, Belarus BVF-dən stabilləşdirici kreditin dördüncü tranşını ala bilib. Belarus Milli Bankından bildirilib ki, kreditin həcmi 688 mln. dollar təşkil edir. Kreditin beşinci tranşının isə 2010-cu ilin əvvəlində ayrılması gözlənilir.

Ümumilikdə Belarus BVF-yə 3,63 mlrd. dollar kredit ayrılması xahişi ilə müraciət edib. Bu günədək rəsmi Minskə 2,88 mlrd. dollar kredit ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR