Bank Of Baku

«Nikoil Leasing» bu il lizinq portfelini 50%-dək artıb

«Nikoil Leasing» bu il lizinq portfelini 50%-dək artıb
# 24 dekabr 2009 07:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «Uralsib Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Nikoil Leasing» şirkətinin lizinq portfelinin 2010-cu il yanvar ayının 1-nə 5,205 mln. manata çatacağı gözlənilir. Bu isə 2008-ci ilin faktiki nəticəsi ilə müqayisədə 48,3% çoxdur.

Şirkətin baş direktorunun müavini Musa Turabovun «APA-Economics»ə verdiyi məlumata görə, ilkin proqnozlara əsasən, 2009-cu ildə potfelin əsas hissəsini xüsusi təyinatlı texnika və avadanlıqlar təşkil edəcək.

M.Turabov bildirib ki, strateji plana uyğun olaraq şirkət gələn ildən lizinq layihələrini yenidən maliyyələşdirməyə başlayacaq: «Dünya maliyyə böhranı ilə əlaqədar şirkət bir müddət maliyyələşməni dayandırıb. Lakin böranın təsirinin azalması ilə bağlı şirkət gələn ildən etibarən yeni lizinq layihələri realizə edəcək».

M.Turabov həmçinin qeyd edib ki, şirkət 2010-cu ildə filial açmağı planlaşdırmır.

Qeyd edək ki, cari ilin dekabr ayının 1-nə şirklətin lizinq portfeli 5,221 mln. manat təşkil edib və indiyədək şirkət tərəfindən təxminən 7 mln. manat dəyərində 11 lizinq müqaviləsi bağlanıb. Şirkətin lizinq portfelinin diversifikasiyasına gəldikdə, portfelin 79,63%-ni xüsusi avadanlıqlar, 16,33%-ni xüsusi təyinatlı texnika, 2,36%-ni yük maşınları, 1,68%-ni bank avadanlığı (bankomatlar) təşkil edib.

Xatırladaq ki, «Nikoil Leasing» şirkəti Azərbaycanda 2007-ci ilin sonunda fəaliyyətə başlayıb. Dekabrın 1-nə şirkətin nizamnamə kapitalı 100 min manat təşkil edib. Şirkət lizinq maliyyələşdirilməsini 1-5 il müddətinə, illik 18-30% dərəcəsi ilə aparır və yalnız korporativ müştərilərlə əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR