Bank Of Baku

VTB Azərbaycanda daha bir bank ala bilər

VTB Azərbaycanda daha bir bank ala bilər
# 24 dekabr 2009 11:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Hazırda fəaliyyətə başlamaqda olan «Bank VTB (Azerbaijan)» 2010-cu ilin sonuna kimi kredit portfelini 53 mln. manata, aktivlərini isə təxminən 70 mln. manata çatdırmağı planlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu «Bank VTB (Azerbaijan)»ın İdarə Heyətinin sədri Oleq Krasnojon bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O.Krasnojonun sözlərinə görə, hazırda bankın kredit portfeli 5 mln. manat təşkil edir ki, bunun da əsas səbəbi bankın cəmi iki-üç aydır fəaliyyətə başlaması ilə bağlıdır. Buna baxmayaraq, bankın Azərbaycanda böyük planları var. Bunlar barədə danışan O.Krasnojon bankın aktiv əməliyyatlarını gələn il yalnız korporativ müştərilərə, ümumilikdə iri müştəri bazasının formalaşmasına və pərakəndə xidmətlər bazarının araşdırmasına həsr edəcəyini bildirib. Bankın prioritetlərindən biri kimi Azərbaycanla Rusiya arasında ticarət əlaqələrinin möhkəmlənməsi olduğunu vurğulayan O.Krasnojon bildirib ki, bank Azərbaycanın real sektoruna, istehsal sahəsinə kreditlər verməyə, müxtəlif sahələrdə bank üçün maraqlı layihələr üzrə investisiya fəaliyyəti aparmağa hazırdır.

«Müştərilərə gəldikdə depozitlərin cəlb edilməsində heç bir məhdudiyyət yoxdur. Ümumilikdə, bank gələn il müştərilərə hesab-kassa xidmətləri, korporativ kreditləşmə, beynəlxalq ticarət əməliyyatları xidməti, sənədli əməliyyatların aparılması, ticarətin maliyyələşməsi kimi sahələrə diqqət yetirəcək», - deyə İdarə Heyətinin sədri vurğulayıb.

Bundan əlavə, gələn il ərzində pərakəndə xidmət sahəsində VTB tərəfindən araşdırmaların aparılacağını deyən O.Krasnojon bildirib ki, araşdırma nəticəsində bankın Azərbaycanda pərakəndə bazarda iştirak etmə səviyyəsi müəyyənləşəcək və bundan irəli gələrək pərakəndə şəbəkənin yaradılması barədə qərar qəbul ediləcək. O cümlədən, bankın öz şəbəkəsinin yaradılması məqsədəuyğun hesab olunmasa «Bank VTB (Azerbaijan)» tərəfindən geniş filial şəbəkəsinə malik olan hər hansı yerli bankın əldə edilməsi istisna olunmur.

Hazırda bank Azərbaycan İpoteka Fondu, Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatı olmaq və valyuta birjasının ticarət sisteminə qoşulmaq niyyətindədir. Fond birjasına gəldikdə isə bank broker şirkəti açmayacaq və fond bazarında əməliyyatları bankın Azərbaycan tərəfindən iri səhmdarı olan «ATA Holding»ə daxil olan broker şirkəti vasitəsi ilə həyata keçirəcək. Ümumilikdə, «Bank VTB (Azerbaijan)» törəmə şirkətləri açmaq niyyətində deyil.

Cari ilin sonuna kimi bankın 16 mln. manat həcmində əlavə səhm emissiyasının tam yerləşdiriləcəyini deyən O.Krasnojon qeyd edib ki, gələn il nizamnamə kapitalının daha 20 mln. manat artırılması planlaşdırırlır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR