Bank Of Baku

IFC: Azərbaycanda qeyri-neft ixracının adambaşına həcmi aşağı səviyyədədir

IFC: Azərbaycanda qeyri-neft ixracının adambaşına həcmi aşağı səviyyədədir
# 24 dekabr 2009 11:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda qeyri-neft sektorunun ixracının adambaşına həcminə görə ölkə iqtisadiyyatını dayanıqlı kimi qiymətləndirmək olmaz. «APA-Economics»in məlumatına görə, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) «Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması Layihəsi»nin rəhbəri Boris Devyak bildirib.

Onun sözlərinə görə, ümumilikdə Azərbaycanda ixracın (neft sektoru nəzərə alınmaqla) adambaşına düşən həcmi yaxşı səviyyədədir. Lakin qeyri-neft sektorunun ixracının adambaşına həcmi cəmi 124 ABŞ dolları təşkil edir ki, bu da çox aşağı göstəricidir: «Azərbaycan Dövlət Neft Fondu neftdən əldə olunan gəlirləri qeyri-neft sektorunun inkişafına yönəltməlidir ki, hazırda Azərbaycan hökuməti bu istiqamətdə iş aparır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR