Bank Of Baku

«Standard & Poor’s» agentliyi «AGBank»ın reytinqini sabit saxlayıb

«Standard & Poor’s» agentliyi «AGBank»ın reytinqini sabit saxlayıb
# 24 dekabr 2009 13:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Standard & Poor’s» beynəlxalq reytinq agentliyi Azərbaycanın «AGBank» Səhmdar İnvestisiya Bankının (SİB) reytinqini dəyişməz olaraq B-/Stable/C səviyyəsində saxlayıb. Bu barədə «APA-Economics»ə bankdan məlumat verilib.

Bankdan bildirilib ki, cari ilin əvvəlindən «AGBank»ın aktivləri 15% artaraq 237,7 mln. manata, kredit portfeli 19% artaraq 186,2 mln. manata çatıb. Bununla yanaşı, ilin əvvəlindən fiziki şəxslərdən cəlb edilən müddətli əmanətlərin həcmi 30% artaraq 82 mln. manata bərabər olub.

Xatırladaq ki, «AGBank» SİB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın ümumi depozit portfeli 105,5 mln. manat, məcmu kapitalı 35,724 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib. Bankın ölkə üzrə 16 filialı, 55 bankomatı və 450 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR