Bank Of Baku

IFC-nin Azərbaycan üzrə investisiya portfeli 148 mln. dollara çatıb

IFC-nin Azərbaycan üzrə investisiya portfeli 148 mln. dollara çatıb
# 24 dekabr 2009 13:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan üzrə investisiya portfelinin ümumi 148 mln. ABŞ dolları təşkil edir. «APA-Economics»in məlumatına görə, bunu IFC-nin Azərbaycan nümayəndəlinin ictimayyətlə əlaqələr üzrə mütəxəssisi Rəsminə Qürbətova bildirib.

Onun sözlərinə görə, vəsaitin 13%-i istehsal, 16%-i neft-qaz, 71%-i isə maliyyə sahələrinə yönəldilib: «Ümumiyyətlə, 1995-ci ildən Azərbaycanla əməkdaşlıq edən IFC ölkəyə 43 layihə üzrə 450 mln. dollardan artıq investisiya yatarıb, 9 məsləhət proqramının icrasında iştirak edib».

IFC-nin ümumi fəaliyyətindən məlumat verən R.Qürbətova onu da qeyd edib ki, 2009-cu il ərzində IFC əməkdaşlıq etdiyi ölkələrdə 2,1 mln. yeni iş yerinin açılmasına nail olub, 103 ölkədə 447 yeni investisiya layihəsinin icrasına başlayıb və 69 ölkədə 227 məslət xidmətlərinə dair layihələrə start verib: «Cari ildə IFC-nin dünya üzrə yatırdığı vəsaitin həcmi 14,5 mlrd. dollar, xalis mənfəəti isə 299 mln. dollar təşkil edib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR