Bank Of Baku

«Qafqaz Lizinq» sabah istiqraz emissiyasının yerləşdirilməsinə başlayır

«Qafqaz Lizinq» sabah istiqraz emissiyasının yerləşdirilməsinə başlayır
# 24 dekabr 2009 14:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Qafqaz Lizinq» şirkəti dekabrın 25-dən faizli adlı sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlayacaq.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, sayı 200 ədəd, emissiyanın ümumi həcmi isə 200 min manat təşkil edir.

«Qafqaz Lizinq» MMC-nin istiqrazlarının tədavül və faiz ödəniş dövrünün müddətləri 360 gün, gəlirlik isə illik 15% təşkil edir. İstiqrazların yerləşdirilməsində andderayter rolunda «BoB Broker» şirkəti çıxış edəcək. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək.

Qeyd edək ki, təsisçisi «NAB» Şirkətlər Qrupu (99%) və İranın bir fiziki şəxsi (1%) olan «Qafqaz Lizinq» şirkəti 2007-ci ilin oktyabr ayında dövlət qeydiyyatından keçib. Hazırda şirkətin nizamnamə kapitalı 1,05 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR