Bank Of Baku

«AFB Bank» ilk avtomatlaşdırılmış mübadilə bankomatlarını quraşdırıb

«AFB Bank» ilk avtomatlaşdırılmış mübadilə bankomatlarını quraşdırıb
# 25 dekabr 2009 07:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AFB Bank» (keçmiş «Azfinansbank») Səhmdar Kommersiya Bankı (SKB) Bakı şəhəri ərazisində ilk avtomatlaşdırılmış mübadilə bankomatları quraşdırıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu bankomatlar müştərilərə 24 saat ərzində xarici valyuta - ABŞ dolları, avro və rubl ilə mübadilə (alqı-satqı) əməliyyatlarını aparmağa imkanı verir. Yeni bankomatlar İ.Qutqaşınlı küçəsi,112, K.Kazımzadə küç.,118 və Füzuli küçəsi,69 ünvanlarında yerləşdirilib.

Qeyd edək ki, «AFB Bank» SKB bank fəaliyyəti ilə bağlı lisenziyanı Azərbaycan Mərkəzi Bankı tərəfindən 2008-ci ilin noyabrın 30-da alıb. Bu ilin fevral ayında isə bank rəsmən fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR