Bank Of Baku

Rusiya keçmiş SSRİ-nin kommersiya borcunun ödənilməsini başa çatdırıb

Rusiya keçmiş SSRİ-nin kommersiya borcunun ödənilməsini başa çatdırıb
# 25 dekabr 2009 08:11 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya Maliyyə Nazirliyi keçmiş SSRİ-nin kommersiya borcunun ödənilməsini başa çatdırıb.

APA-Economics”in məlumatına görə, nazirliyin yaydığı açıqlamada bildirilir ki, 24 ölkədən olan qurumlara borcun 405,8 mln. dollarlıq son hissəsi 2010 və 2030-cu illərdə ödəniləcək avroistiqrazlarla bağlanıb. Mübadilə üçün istifadə olunan istiqrazları Rusiya təkrar bazarda əldə edib.

Qeyd edək ki, Rusiya artıq iki dəfə - 2002 və 2006-cı illərdə SSRİ-nin kommersiya borcunu ödəyib. Bu məqsədlə 1,28 və 1,02 mlrd. dollar sərf olunub. Son ödəməyə qədər kommersiya borcu 1,2 mlrd. dollar təşkil edib. Ancaq kreditorların bir hissəsi müflis olaraq bazarı tərk etdiyindən, borcun miqdarı azalıb. Bundan sonra onların borcu ödənilməyəcək.

SSRİ-nin kommersiya borcu 1989-1991-ci illərdə idxal nəticəsində yaranıb. 1991-ci ilin dekabrında süquta uğrayan sovet imperiyasının hüquqi varisi kimi borcları Rusiya hökuməti ödəməli olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR