Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, əvvəlki illərdə olduğu kimi 2009-cu ilin yanvar-sentyabr aylarında da xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olub.
Neft-qaz sektoru üzrə ümumi daxilolmalar əsasən neftin və təbii qazın ixracı və bu sahəyə cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu sektor üzrə ödənişlər isə mənfəətin və investisiyaların repatriasiya, avadanlıqlar və xidmətlərin idxalını əks etdirir. Cari ilin yanvar-sentyabr aylarında neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo 8,9 mlrd. dollar olub.
Tədiyə balansının cari əməliyyatlar hesabında 7,1 mlrd. dollar məbləğində profisit yaranıb, o cümlədən neft-qaz sektoru üzrə cari hesabın profisiti 10,2 mlrd. dollar məbləğində olub. Bu profisit qeyri-neft sektoru üzrə cari hesabın 3,1 mlrd. dollar məbləğində kəsirini tam örtüb.
Tədiyə balansının əsas göstəriciləri
(mln. dollar)
| III rüb, 2008-ci il | III rüb, 2009-cu il |
I.Cari əməliyyatlar Xarici ticarət balansı 20 747,6 10 068,5 II.Kapitalın və maliyyənin Birbaşa investisiyalar - 676,7 96,0 III.Tədiyə balansının | ||
Cari ilin ilk üç rübü ərzində xarici ticarət dövriyyəsi 19,5 mlrd. dollar təşkil edib və xarici ticarət balansı 10,1 mlrd. dollar məbləğində müsbət saldo ilə nəticələnib. Yanvar-sentyabr aylarında Azərbaycanın dünyanın 130 dövləti ilə ticarət əlaqələri olub. Xarici ticarətin 10%-i MDB ölkələri, 90%-i isə digər xarici dövlətlərin payına düşür.
Hesabat dövründə əmtəə ixracı 14,8 mlrd. dollar təşkil edib. İxrac olunmuş malların strukturunda neft məhsullarının payı 90,4%-ə bərabər olub. Ümumilikdə, xarici dövlətlərə 13,4 mlrd. dollar həcmində neft və neft məhsulları ixrac olunub. İxrac olunmuş bütün neft məhsullarının 829,6 mln. dolları neft emalı məhsulları, 12,5 mlrd. dolları isə xam neftin ixracının payına düşür. İxrac olunmuş xam neftin 11,7 mlrd. dolları Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir. İxrac olunmuş ümumi xam neftin 818,3 mln. dolları isə digər müəssisələr tərəfindən xaricə göndərilib ki, bunun da 187 mln. dolları «Şahdəniz» yatağından hasil edilmiş kondensatın, 631,3 mln. dolları isə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) payına düşür.
(mln. dollar)
İxracın strukturu | ||
| III rüb, 2008-ci il | III rüb, 2009-cu il |
Yanacaq-xammal məhsulları | 25 633,8 | 13 537,0 |
- neft məhsulları | 25 090,9 | 13 375,0 |
-digər xammal | 542,9 | 162,0 |
Maşın və avadanlıq | 179,1 | 214,8 |
İstehlak malları | 377,8 | 370,8 |
Digər mallar | 52,7 | 667,5 |
- təbii qaz | 41,1 | 643,0 |
İxrac cəmi | 26 243,4 | 14 790,1 |
Cari ilin yanvar-sentyabr ayları ərzində əmtəə idxalının ümumi dəyəri 4,7 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% azdır:
(mln. dollar)
İdxalın strukturu | ||
| III rüb, 2008-ci il | III rüb, 2009-cu il |
İstehlak malları | 2 187,1 | 2 020,1 |
- ərzaq məhsulları | 714,0 | 609,9 |
- qeyri-ərzaq məhsulları | 1 473,1 | 1 410,2 |
İnvestisiya yönümlü mallar | 680,5 | 564,3 |
Digər mallar | 2 628,2 | 2 137,2 |
İdxal cəmi | 5 495,8 | 4 721,6 |
Mərkəzi Bankın hesablamalarına görə, idxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 12% təşkil edərək 564,3 mln. dollar olub. Bunun 58%-ni beynəlxalq neft-qaz kontraktları çərçivəsində istifadə olunmuş investisiyalar hesabına idxal edilmiş mallar təşkil edib. Bundan başqa, ölkəyə ümumi məbləği 2 137,2 mln. dollar olan istehsal təyinatlı maşın-avadanlıq, kimya, qara və əlvan metal məhsulları da gətirilib.