Bank Of Baku

Azərbaycan prezidenti «Gömrük tarifi haqqında» qanuna əlavə və dəyişiklikləri təsdiq edib

Azərbaycan prezidenti «Gömrük tarifi haqqında» qanuna əlavə və dəyişiklikləri təsdiq edib
# 25 dekabr 2009 08:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev «Xarici investisiyaların qorunması haqqında», «Gömrük tarifi haqqında» və «Şəhərsalmanın əsasları haqqında» qanunlara edilmiş əlavə və dəyişiklikləri təsdiqləyib. Bu barədə «APA-Economics»ə prezidentin mətbuat xidmətindən məlumat verilib.

«Xarici investisiyaların qorunması haqqında» və «Şəhərsalmanın əsasları haqqında» qanuna edilmiş dəyişikliklər əsasən redaktə xarakterlidir. «Gömrük tarifi haqqında» qanuna edilmiş əlavəyə görə, mallar (aksizli mallardan başqa) Azərbaycanın gömrük ərazisi xaricindən xüsusi iqtisadi zonaya idxal edildikdə, habelə gömrük ərazisi xaricindən xüsusi iqtisadi zonaya idxal olunmuş mallar xüsusi iqtisadi zonadan Azərbaycanın gömrük ərazisi xaricinə ixrac edildikdə, həmçinin xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş mallar Azərbaycanın gömrük ərazisi xaricinə ixrac olunduqda, xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş mallar təmir, yekun-tamamlama işləri, nümunələrin sərgisi və digər bu kimi məqsədlərlə Azərbaycanın gömrük ərazisinə müvəqqəti idxal edildikdə, eləcə də Azərbaycanda mallar xüsusi iqtisadi zonalar arasında idxal-ixrac edildikdə gömrük rüsumlarından azad olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR