Bank Of Baku

Azərbaycan prezidenti əhalinin bank əmanətləri üzrə faiz gəlirlərinin vergidən azad edilməsi müddətini daha 3 il uzadıb

Azərbaycan prezidenti əhalinin bank əmanətləri üzrə faiz gəlirlərinin vergidən azad edilməsi müddətini daha 3 il uzadıb
# 25 dekabr 2009 08:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev «Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında» qanunun qüvvəyə minməsi barədə sərəncam imzalayıb. Bu barədə «APA-Economics»ə prezidentin mətbuat xidmətindən məlumat verilib.

Sərəncamla Nazirlər Kabinetinə iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının «Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında» qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etmək, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırmaq, həmçinin öz səlahiyyətləri daxilində adıçəkilən qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, adıçəkilən qanuna əsasən, banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər 2010-cu il yanvarın 1-dən daha 3 il müddətinə gəlir vergisindən azad edilir.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında yerləşdirilmiş əhalinin əmanətlərinin həcmi 2009-cu ilin noyabr ayının 1-nə 2 125,7 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR