Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici əsasən ölkəyə cəlb olunan birbaşa investisiyalar və xarici kreditlər hesabına formalaşır:
(mln. dollar)
Cəlb olunan xarici kapitalın strukturu | ||
| III rüb, 2008-ci il | III rüb, 2009-cu il |
Birbaşa investisiyalar | 2 959,4 | 2 104,9 |
- neft-qaz sektoru | 2 479,7 | 1 583,0 |
- digər sektorlar | 479,7 | 521,9 |
Kreditlər və digər investisiyalar | 3 011,1 | 2 004,0 |
- dövlət təminatlı kreditlər | 478,0 | 431,7 |
- dövlət təminatlı olmayan kreditlər | 1 991,9 | 580,1 |
-- neft-qaz sektoru | 688,2 | 35,0 |
-- banklar | 967,1 | 396,8 |
-- digərləri | 336,6 | 148,3 |
- digər investisiyalar | 541,2 | 992,2 |
Neft bonusu | 3,5 | 1,0 |
CƏMİ | 5 974,0 | 4 109,9 |
Mərkəzi Bankın tədiyə balansı ilə bağlı verdiyi şərhə əsasən, birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi həcmi 2 104,9 mln. dollar olub ki, bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 75,2% təşkil edir. Öz növbəsində həmin sərmayələr iri neft-qaz layihələri, əsasən «Şahdəniz» layihəsi və «Azəri-Çıraq-Günəşli» yataqlarında görülən işlərin maliyyələşdirilməsi ilə əlaqədar ölkə iqtisadiyyatında istifadə olunub.
Kreditlər və digər investisiyalar formasında cəlb olunmuş sərmayələrin xüsusi çəkisi xarici kapitalın strukturunda 1,5 dəfə azalaraq 49% təşkil edib. Bu da əsasən dövlət təminatı olmadan cəlb edilən kreditlərin azalması ilə bağlıdır. Nəticədə, 2009-cu ilin yanvar-sentyabr aylarında cəlb olunmuş kredit və digər investisiyaların ümumi məbləği cəmi 2 004 mln. dollar təşkil edib. Bu məbləğin yalnız 21,5%-i birbaşa dövlət və dövlət təminatı əsasında cəlb olunmuş kreditlər, 580,1 mln. dolları isə dövlət təminatı olmayan kreditlərin payına düşür ki, bunun da 396,8 mln. dolları banklar, 35 mln. dolları neft-qaz sektoru, 148,3 mln. dolları isə digər müəssisə və şirkətlər tərəfindən cəlb olunub.