Bank Of Baku

«Bank SilkWay»in rəsmi veb-saytı istifadəyə verilib

«Bank SilkWay»in rəsmi veb-saytı istifadəyə verilib
# 25 dekabr 2009 09:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank SilkWay» (əvvəlki «Azal Bank») Səhmdar Kommersiya Bankının (SKB) internet saytı (www.banksilkway.az) istifadəyə verilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni saytda bankın fiziki və hüquqi şəxslərə göstərdiyi bütün bank xidmətləri, xarici fond indeksləri, bankın filial şəbəkəsi, həmçinin kredit götürmək istəyən potensial müştərilər üçün kredit-hesablayıcı da yerləşdirilib.

Xatırladaq ki, «Bank SilkWay» SKB 1993-cü ildə «Azal Bank» kimi yaradılıb. Sonradan bankın səhmdarları sırasına daxil olan «Azərbaycan Hava Yolları» QSC və onun tərkibində olan strukturlar öz payını «SilkWay Holding»ə satıb. Hazırda bankın səhmdarları rolunda «SilkWay Holding» (83,66%) və bir neçə fiziki şəxs çıxış edir. Bankın respublika üzrə 6 filialı fəaliyyət göstərir ki, bunun ikisi regionda (Gəncə və Lənkəran) yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR