Bank Of Baku

«Azərnəqliyyatbank» nizamnamə kapitalını daha da artıracaq

«Azərnəqliyyatbank» nizamnamə kapitalını daha da artıracaq
# 25 dekabr 2009 10:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərnəqliyyatbank» Səhmdar Kommersiya Bankı (SKB) 2010-cu ilin əvvəlində nizamnamə kapitalını artırmaq niyyətindədir. Bu barədə «APA-Economics»ə bankın Müşahidə Şurasının sədri Fəxrəddin Bağırov bildirib.

F.Bağırovun sözlərinə görə, kapitalın artırılması ilə bağlı gələn ilin yanvarında bankın səhmdarlarının ümumi iclası keçiriləcək. İclasda kapitalın artırılması ilə yanaşı, bankın 2009-cu ilin maliyyə yekunları və İdarə Heyətinin hesabatı müzakirə ediləcək.

F.Bağırov bildirib ki, əlavə səhm emissiyasının həcmi səhmdarların iclasından sonra dəqiqləşəcək.

Qeyd edək ki, bu yaxınlarda bankın nizamnamə kapitalı əlavə 10 mln. manat artırılaraq 25,034 mln. manata çatdırılıb.

Xatırladaq ki, «Azərnəqliyyatbank» SKB 1989-cu ildə yaradılıb. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 49,127 mln. manat, depozit portfeli 30,952 mln. manat, kredit portfeli 17,904 mln. manat, bankın məcmu kapitalı 17,621 mln. manata, o cümlədən nizamnamə kapitalı 15,034 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 8 filialı, 11 bankomatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR