Bank Of Baku

Azərbaycan əhalisinə xaricdən pul köçürmələri azalıb

Azərbaycan əhalisinə xaricdən pul köçürmələri azalıb
# 25 dekabr 2009 11:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın tədiyyə balansında əks olunan cari transfertlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 2009-cu ilin yanvar-sentyabr ayları ərzində 1 330 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu məbləğin 68%-ni ölkəyə daxilolmalar təşkil edib.

Belə ki, xarici ölkələrdən daxil olan pul baratları, humanitar mallar, texniki və digər yardımların ümumi dəyəri 904 mln. dollara bərabər olub. Cari transfertlər üzrə ümumi daxilolmaların 93,6%-ni (846,1 mln. dollar) xarici ölkələrdən fiziki şəxslərə köçürülən pul baratları, 2,2%-ni ölkəyə gətirilən humanitar idxal malları, 4,2%-ni isə digər daxilolmalar təşkil edib. Bütövlükdə, cari transfertlər üzrə əməliyyatların müsbət saldosu 478 mln. dollara bərabər olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin üç rübü ərzində cari transfertlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 1 383,6 mln. dollara bərabər olub ki, bunun 77,2%-ni (1 068,4 mln. dollar) xarici ölkələrdən daxil olan pul baratları, humanitar mallar, texniki və digər yardımların ümumi dəyəri təşkil edib. Öz növbəsində bu daxilolmaların 94,2%-i (1 006,4 mln. dollar) xarici ölkələrdən fiziki şəxslərə köçürülən pul baratlarının payına düşür.

Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari transfertlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 3,9%, ölkəyə daxilolmalar 15,4%, xaricdən fiziki şəxslərə pul köçürmələri isə 15,9% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR