Namiq Xəlilov: Maliyyə böhranı Azərbaycan sığorta bazarının əsasən bank sektoru ilə bağlı seqmentlərinə təsir göstərib - MÜSAHİBƏ
- «İcbari sığortalar haqqında» qanun layihəsi nə vaxt təsdiqlənərək qüvvəyə minə bilər? Ümumiyyətlə, bu istiqamətdə aparılan işlər hansı mərhələdədir? Qanundakı əsas dəyişikliklərlə bağlı qısa məlumat verməyinizi istərdik.
- «İcbari sığortalar haqqında» qanun layihəsinə hazırda Azərbaycan Prezidentinin İcra Aparatında baxılır. Qanun layihəsi ümumi və xüsusi hissələrdən ibarət olmaqla tərtib edilib. Ümumi hissədə əsasən bu qanunla əhatə edilən icbari sığorta növlərinin hər birinə aid olan ümumi prinsip və normalar yer alıb. Xüsusi hissədə isə ayrı-ayrı icbari sığorta növlərinin özünəməxsus xüsusiyyətlərini əks etdirən müddəalar nəzərdə tutulub.
- Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən toplanan məcmu daxilolmalarının hansı hissəsi xaricə təkrar sığortaya yönəldilir?
- Qeyd edim ki, 2008-ci ilin yanvar ayının 1-nə olan statistik məlumatlara əsasən, həmin il ərzində xaricə təkrarsığortaya ötürülən məcmu təkrarsığorta haqları 35,2 mln. manat olub. Bu da həmin dövr ərzində ölkə ərazisində toplanan məcmu sığorta haqlarının 23,8%-nə, təkrarsığorta haqlarının isə 59,7%-nə bərabərdir. Bildiyiniz kimi, beynəlxalq təcrübənin tətbiqindən sonra ölkədə qəbul edilən «Sığorta fəaliyyəti haqqında» qanuna əsasən, hazırlanan hesabat formalarında, eyni zamanda informasiya bazasının strukturunda dəyişikliklər edilib. Bu səbəbdən də həmin hesabatlarda xaricə ötürülən təkrarsığorta haqları hesablanmır.
- Bu ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən 138,41 mln. manat həcmində sığorta haqqı toplanılıb. Sığorta daxilolmaları ilə bağlı cari ilin sonuna və 2010-cu il üçün gözlənilən proqnozlara dair fikirlərinizi bilmək istərdik.
- Bildirim ki, cari ilin sonuna ölkə ərazisində 170 mln. manat həcmində sığorta haqqının toplanacağı gözlənilir. Növbəti ilin proqnozlarına gəldikdə isə 2010-cu ildə 200 mln. manata qədər sığorta haqqının toplanacağı proqnozlaşdırılır.
- Dünya maliyyə böhranı Azərbaycanın sığorta bazarının daha çox hansı seqmentlərinə təsir edib?
- Dünya maliyyə böhranın əsasən banklar vasitəsi ilə satılan sığorta növlərinə təsiri hiss olunmaqdadır. Bu səbəbdən də böhranın Azərbaycanda daha çox təsir etdiyi sığorta növləri «Avtonəqliyyat vasitələrinin sığortası» və «Həyat sığortası» olub.
- Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən sığortalıların hüquqlarının qorunması istiqamətində hazırlanan yeni qaydalar nə vaxt təsdiqlənəcək? Qaydalarla bağlı qısa məlumat verməyinizi istərdik.
- Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən sığorta ilə bağlı qanunvericilyin hazırlanması zamanı daim sığortalıların hüquqlarının müdafiəsi məsələsinə xüsusi diqqqət yetirilir və bu sahədə mütərəqqi beynəlxalq təcrübə öyrənilərək qeyd olunan məqsədlər üçün istifadə edilir. Məsələn, bu məqsədlə fiziki şəxslərin sahibliyində olan avtonəqliyyat vasitələrinin tam sığortası üzrə vahid sığorta qaydalarının layihəsi işlənib hazırlanıb. Hazırda bu layihə Azərbaycan Sığortaçılar Assosiasiyası ilə müzakirə olunur.
- Cari ilin əvvəlindən indiyə kimi sığorta ödənişi verməkdən yayınan şirkətlərlə bağlı Maliyyə Nazirliyinə daxil olan müraciətlərin sayı nə qədər olub və bu müraciətlər əsasında hansı tədbirlər görülüb?
- Artıq sona çatmaq üzrə olan 2009-cu il ərzində bununla bağlı Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə təxminən 207 şikayət ərizəsi daxil olub. Əsaslı olan şikayət məkubları üzrə təxminən 80 min manat sığorta ödənişinin verilməsi ilə əlaqədar müvafiq sığortaçılara təqdimatlar göndərilib ki, bu da ötən illə müqayisədə 30 min manat çoxdur.
- Növbəti il ərzində Azərbaycanda yeni sığorta şirkətlərinin yaradılması ilə bağlı Nazirliyə müraciətlər daxil olubmu? Bu sahədə xarici investorların maraqları hansı səviyyədədir?
- Növbəti il ərzində yeni sığorta şirkətlərinin təsis edilməsi ilə bağlı Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə müraciət daxil olmayıb.
Maliyyə
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
"Fitch" Hörmüzdəki böhran səbəbindən neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırıb
Azərbaycanın xarici dövlət borcu 8% azalıb
Əhalinin gəlirləri 10%-dən çox artıb
Xəbər Lenti
CENTCOM: İrana hücumlar başa çatıb
Tramp ABŞ-ın İranı “Tomahawk” raketləri ilə vurduğunu bildirib
Tramp İran rəsmiləri ilə telefon danışığı apardığını bildirib
ABŞ Çin və İrandan olan 10 şirkət və şəxsə sanksiya tətbiq edib
SEPAH Hörmüz boğazından qanunsuz keçməyə çalışan iki gəmini vurduğunu açıqlayıb
İran Hörmüz boğazının bütün gəmilər üçün bağlandığını elan edib
Pentaqon: Bu hücumlar İranı danışıqlar masasında güzəştə getməyə məcbur etmək üçündür
ABŞ Mərkəzi Komandanlığı İrana qarşı hərbi əməliyyatlara başladığını elan edib
Heqset İrana güclü zərbələr endiriləcəyini açıqlayıb
İran silahlı qüvvələrini tam döyüş hazırlığına gətirib
İranın Minab və Sirik şəhərlərində partlayış səsləri eşidilib
Tehranın qərbində HHM sistemləri işə salınıb
Makron G7 sammitində kimlərin iştirak edəcəyini açıqlayıb
Tramp İranla gərginliyin kəskin artması ilə bağlı təcili iclas keçirib
Zelenski: Ukrayna ordusu PUA-larla bir ildə Rusiyaya 40 milyard dollarlıq zərər vurub
Türkiyənin məşhur Güray Muzeyində Milli Qurtuluş Günü münasibətilə fotosərgi açılıb
Gəncədə kütləvi dava zamanı 7 nəfər xəsarət alıb
Azərbaycan və Avstriya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Bakıda obyektdə yanğın söndürülüb, xəsarət alan olmayıb - YENİLƏNİB-2 - FOTO - VİDEO
Netanyahu Livan xalqına müraciət edib, “Hizbullah”sız sülh təklif edib
Türkiyə Almaniyanın miqrantları ölkəyə göndərməsi iddialarını təkzib edib
Pezeşkian Trampa cavab verib: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq
Makronun zəifləyən nüfuzu fonunda Azərbaycana qarşı kampaniyası - TƏHLİL
Tramp: Pakistan İranla danışıqlarda vasitəçilik etməyə davam edir
Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib
Rusiya səfiri Moskvada məsləhətləşmələrdən sonra İrəvana qayıdıb
Hacıqabulda açıq ərazidə yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB
CENTCOM İranın dəniz blokadasını pozan neft tankerinə atəş açaraq zərərsizləşdirdiyini bildirir
Tramp: Bu gün yenidən İranı sərt şəkildə vuracağıq
Yaşıl Teatr və Bakı Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
BŞİH-in strukturu təkmilləşdirilir, bəzi qurumlar yenidən təşkil olunur - FƏRMAN
Mülki müdafiə qoşunlarında narkomanlığa qarşı mübarizə ilə bağlı tədbir keçirilib
Heqset: Kubanın gələcəyi ilə bağlı nə baş verəcəyi ABŞ Prezidentinin əlindədir, istənilən ssenariyə hazırıq
İyulun 1-dən Bakı–Balakən qatarının hərəkət cədvəli dəyişəcək
Bayram Beqay: Albaniya Azərbaycanla güclənən tərəfdaşlığı yüksək qiymətləndirir
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verilib
DTX tərəfindən saxlanılan Saleh Səmədov məhkəmədə ifadə verib
Vuçiç Azərbaycan müdafiə nazirini qəbul edib
Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı hüquqi akt layihəsi müzakirə olunub - FOTO
Nazir: Süni intellekt bəzi materialları Dilçilik İnstitutundan daha yaxşı təqdim edir
Nazir: Hüququn dərslik kimi tədris olunmasındansa, müzakirələrlə öyrədilməsi daha məqsədəuyğundur
Putin Rusiyaya gələn miqrantların tibbi müayinəsini tələb edən qanun imzalayıb
Ursula Fon der Lyayenin ofisi Azərbaycan Milli QHT Forumuna məktub ünvanlayıb - FOTO
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
Nazir müavini: Təhlükə məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib
Sabunçuda 46 kq narkotik dövriyyədən çıxarılıb
Nazir: 30 ildir şagirdlərin diqqəti topladığı bala yönəlir, bu, cəmiyyətin onların üzərinə qoyduğu yükdür
Nəsimi rayonunda bəzi küçələrin qaz təchizatında fasilə yaranacaq