Bank Of Baku

«Azərnəqliyyatbank» yeni baş ofisə köçəcək

«Azərnəqliyyatbank» yeni baş ofisə köçəcək
# 28 dekabr 2009 06:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərnəqliyyatbank» Səhmdar Kommersiya Bankı (SKB) 2010-cu ildə yeni baş ofisə köçmək niyyətindədir. Bu barədə «APA-Economics»ə bankın Müşahidə Şurasının sədri Fəxrəddin Bağırov bildirib.

F.Bağırovun sözlərinə görə, hazırda bankın yeni baş ofisi üçün paytaxtın mərkəzində müvafiq torpaq sahəsi axtarılır. Bu məsələninin həllindən sonra yeni binanın tikintisinə başlanılacaq. Bununla yanaşı bildirilir ki, yeni ofis üçün hazır bina da alına bilər.

Qeyd edək ki, hazırda bankının baş ofisi Bakı şəhərinin Ə.Naxçıvani küçəsi,21 ünvanında fəaliyyət göstərir.

Xatırladaq ki, «Azərnəqliyyatbank» SKB 1989-cu ildə yaradılıb. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 49,127 mln. manat, depozit portfeli 30,952 mln. manat, kredit portfeli 17,904 mln. manat, məcmu kapitalı 17,621 mln. manata, o cümlədən nizamnamə kapitalı 15,034 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 8 filialı, 11 bankomatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR