Bank Of Baku

Azərbaycanın ən iri bankı nizamnamə kapitalını artırır

Azərbaycanın ən iri bankı nizamnamə kapitalını artırır
# 28 dekabr 2009 07:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Azərbaycan Beynəlxalq Bankı (ABB) adi sənədli adlı səhmlərin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,24 manat, sayı 1 mlrd. ədəd, emissiyanın ümumi həcmi isə 240 mln. manat təşkil edir.

Komitə mütəxəssislərinin bildirdiyinə görə, indiyədək bankın səhmlərinin nominal dəyəri 20 qəpik olub, yeni emissiya ilə isə ABB mövcud səhmlərinin yalnız nominalını artırır. Nominalın 20% və ya 4 qəpik artırılması nəticəsində bankın nizamnamə kapitalı da müvafiq olaraq 20% və ya 40 mln. manat artacaq və 240 mln. manata çatdırılacaq.

Qeyd edək ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 4 758,574 mln. manat, depozit portfeli 1 944,185 mln. manat, kredit portfeli 3 596,347 mln. manat, məcmu kapitalı 452,106 mln. manat, o cümlədən nizamnamə kapitalı 200 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 37 filialı, 587 bankomatı, 2717 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR