Bank Of Baku

Azərbaycanın gəlirlər üzrə mənfi saldosu kəskin azalıb

Azərbaycanın gəlirlər üzrə mənfi saldosu kəskin azalıb
# 28 dekabr 2009 07:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2009-cu ilin yanvar-sentyabr ayları üzrə tədiyə balansında əks etdirilən gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 3 488,7 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 3 013,3 mln dolları və ya 86,4%-i Azərbaycandan ödənişlər təşkil edib.

Azərbaycandan aparılan ödənişlərin əsas hissəsini (2 340 mln. dollar) beynəlxalq neft-qaz konsorsiumlarının xarici investorlarının payına düşən gəlirlərinin repatriasiyası (əsasən xam neft və qaz şəklində), qeyri-rezidentlərə ödənilmiş əmək haqları (88,2 mln. dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (209,3 mln. dollar) təşkil edib.

Gəlirlər şəklində ölkəyə daxil olmuş vəsait 2008-ci ilin müvafiq dövrünün göstəricisinə nisbətən 53,9% artaraq 475,4 mln. dollar olub. Bunun da əsas hissəsi Dövlət Neft Fondu və Mərkəzi Bankın xətti ilə daxil olan vəsaitlərin payına düşür. Belə ki, 340,3 mln. dolları Dövlət Neft Fondunun vəsaitləri, 38,4 mln. dolları Mərkəzi Bankın sərəncamında olan xarici valyuta ehtiyatları, 7,5 mln. dolları isə bankların xaricdə yerləşdirilmiş aktivlərinə hesablanmış faizlər üzrə gəlirlər təşkil edib.

Beləliklə, 2009-cu ilin III rübü ərzində gəlirlər üzrə tədiyə balansında 2 537,9 mln. dollar məbləğində mənfi saldo yaranıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR