Bank Of Baku

Gərgin büdcə müzakirələri Yaponiyanın maliyyə nazirinin xəstəxanaya aparılması ilə nəticələnib

Gərgin büdcə müzakirələri Yaponiyanın maliyyə nazirinin xəstəxanaya aparılması ilə nəticələnib
# 28 dekabr 2009 08:15 (UTC +04:00)
Bakı – APA-Economics. Yaponiyanın 77 yaşlı maliyyə naziri Xiroxisa Fudzii xəstəxanaya aparılıb.

APA-Economics”in xəbərinə görə, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.

Açıqlamada bildirilir ki, maliyyə naziri yüksək təzyiq və yorğunluq diaqnozu ilə xəstəxanaya yatırılıb. Buna səbəb kimi onun son vaxtlar 2010-cu il büdcə layihəsinin hazırlanmasında aktiv iştirakı göstərilir.

Xiroxisa Fudzii Nazirlər Kabinetinin dekabrın 30-da keçiriləcək iclasında iştirak etməyi planlaşdırır. Maliyyə nazirinin işə nə vaxt qayıdacağı isə həkimlərin qərarından asılıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR