Bank Of Baku

«Qala Sığorta» bu il 100 min manat sığorta haqqı toplayacaq

«Qala Sığorta» bu il 100 min manat sığorta haqqı toplayacaq
# 28 dekabr 2009 08:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev- APA-Economics. Azərbaycanın «Qala Sığorta» şirkətinin 2009-cu ilin yekunlarına görə 100 min manat həcmində sığorta haqqı toplayacağı proqnozlaşdırılır. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Abbas Babayev bildirib.

A.Babayevin sözlərinə görə, bu il ən çox sığorta daxilolmalarının «Yanğından icbari sığorta» və «Yüklərin sığortası» növləri üzrə qeydə alınacağı gözlənilir.

Şirkətin sığorta ödənişlərinə toxunan A.Babayev cari ilin əvvəlindən indiyədək 6 min manata yaxın sığorta ödənişinin həyata keçirildiyini qeyd edib: «Ümid edirəm ki, cari ilin sonunadək bu rəqəm dəyişməz qalacaq».

İndiyək verilmiş sığorta ödənişlərində isə ən çox vəsait «Avtonəqliyyat vasitələrinin sığortası» və «Yüklərin sığortası» növlərinin payına düşür.

Xatırladaq ki, «Qala Sığorta» şirkətinə Maliyyə Nazirliyi tərəfindən müddətsiz lisenziya 2008-ci ilin iyul ayının 31-də verilib. Şirkətin təsisçiləri rolunda «AzRe» təkrarsığorta şirkəti (60%) və 1 fiziki şəxs (40%) çıxış edir. Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edir. Şirkət hazırda 6 könüllü və 6 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR