Bank Of Baku

«Texkart» nizamnamə kapitalını artırır

«Texkart» nizamnamə kapitalını artırır
# 28 dekabr 2009 08:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Texkart» Açıq Səhmdar Cəmiyyətinin (ASC) qapalı yerləşdirmə üsulu ilə yerləşdirilən adi sənədsiz adlı səhmlərin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 1 000 ədəd, emissiyanın ümumi həcmi isə 1 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Texkart» ASC-nin səhmlərinin yerləşdirilməsinə artıq gələn ilin yanvar ayında başlanacaq. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 2 dəfə artaraq 2 mln. manata çatacaq.

Qeyd edək ki, «Texkart» prossesinq mərkəzi «Texnikabank» SKB tərəfindən 2007-ci ildə yaradılıb. Hazırda şirkəti «Texnikabank» daxilində, gələcəkdə isə digər banklara da xidmət göstərəcək. «Texkart»ın nizamnamə kapitalı hazırda 1 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR