«Bank Silkway» internet bankçılıq üzrə xidmətlərə başlayıb

«Bank Silkway» internet bankçılıq üzrə xidmətlərə başlayıb
# 28 dekabr 2009 14:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Silkway» Səhmdar Kommersiya Bankı (SKB) internet bankçılığın tətbiqinə başlayıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu xidmət vasitəsi ilə müştərilər on-line rejimdə kreditlərin alınması, həmçinin digər xidmətlər üzrə sifarişlər verə bilər.

Xatırladaq ki, «Bank SilkWay» SKB 1993-cü ildə «Azal Bank» kimi yaradılıb. Sonradan bankın səhmdarları sırasına daxil olan «Azərbaycan Hava Yolları» QSC və onun tərkibində olan strukturlar öz payını «SilkWay Holding»ə satıb. Hazırda bankın səhmdarları rolunda «SilkWay Holding» (83,66%) və bir neçə fiziki şəxs çıxış edir. Bankın respublika üzrə 9 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR