Bank Of Baku

«Azərnəqliyyatbank» filial şəbəkəsini genişləndirir

«Azərnəqliyyatbank» filial şəbəkəsini genişləndirir
# 29 dekabr 2009 06:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərnəqliyyatbank» Səhmdar Kommersiya Bankı (SKB) 2010-cu ilin əvvəlində Bakı şəhərində daha bir filialını istifadəyə verəcək. Bunu «APA-Economics»ə açıqlamasında bankın Müşahidə Şurasının sədri Fəxrəddin Bağırov bildirib.

F.Bağırovun sözlərinə görə, növbəti ilin yanvarında istifadə veriləcək filial «20 Yanvar» metro stansiyası yaxınlığında yerləşir. Yeni filialda çalışacaq bütün işçilər artıq attestasiyadan keçib. «Yaxın günlərdə lisenziya məsələsi də həll olunacaq. Bu filial vasitəsi ilə müştərilər baş ofisin təqdim etdiyi bütün bank xidmətlərindən yararlana biləcəklər», - deyə F.Bağırov qeyd edib.

Müşahidə Şurasının sədri növbəti il ərzində daha iki filialın istifadəyə veriləcəyini bildirib. Bunlardan biri Bakı şəhərində (Tağıyev küçəsi), digəri isə İmişli rayonunda açılacaq: «Artıq İmşilidə açılacaq filial üçün torpaq sahəsi alınıb və yaxın vaxtlarda binanın tikintisinə başlanılacaq».

Qeyd edək ki, hazırda bankın respublika üzrə 8 filialı fəaliyyət göstərir.

Xatırladaq ki, «Azərnəqliyyatbank» SKB 1989-cu ildə yaradılıb. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 49,127 mln. manat, depozit portfeli 30,952 mln. manat, kredit portfeli 17,904 mln. manat, bankın məcmu kapitalı 17,621 mln. manata, o cümlədən nizamnamə kapitalı 15,034 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR